Ludvig14 · CC BY-SA 4.0 · Wikimedia Commons
Virtual tur
360° gəz
Təsvir
Sarayın fasadı mismarsız və yapışqansız yığılan şəbəkə pəncərələrdən ibarətdir: hər kvadrat metrə minlərlə ağac və rəngli şüşə parçası düşür. İçəridə altı otağın divarları ov, döyüş və gül-bülbül səhnələri ilə bəzənmişdir. Saray Şəkinin tarixi mərkəzinin bir hissəsi kimi UNESCO Ümumdünya İrsi Siyahısına daxil edilib.